[b]“Neftçi”dən alındı, ən yaxşı transfer seçildi[/b]
15.07.2017 - 11:00
[b]“Neftçi”dən alındı, ən yaxşı transfer seçildi[/b]

“Sumqayıt” rəsmi saytı vasitəsilə yeni transferlərini azarkeşlərlə dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi yay fasiləsinin ən uğurlu transferinin kimliyi ilə bağlı sorğu keçirib.

 

Belə ki, sorğuda 2017-18 mövsümü üçün yeni transferlərdən hansı futbolçunun daha çox uğur qazanacağı ilə bağlı sual ünvanlanıb. 211 azarkeşin iştirak etdiyi sorğuda 27 yaşlı yarımmüdafiəçi Cavid İmamverdiyev 36,9% səs toplayaraq hamını qabaqlayıb.

 

Qeyd edək ki, “Sumqayıt” mövsümlərarası fasilədə hələlik Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev, Kamal Mirzəyev, Rəşad Eyyubov, Azər Salahlı, Cavid Tağıyev və Ramin Həsənovu heyətinə qatıb.