[b]“Neftçi”dən antirekord[/b]
19.12.2016 - 15:56
Topaz Premyer Liqasının XIV turu antirekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, turun “Neftçi” – AZAL qarşılaşması (0:1) tamaşaçı sayındakı göstərici ilə fərqlənib.
Belə ki, “ağ-qaralar”ın ev oyununu keçirdiyi “Dalğa Arena”dakı matçı cəmi 150 seyrçi izləyib. Autsayderlərin duelindəki bu rəqəm isə mövsümün arxada qalan hissəsinin antirekordudu.
Keçirilən 14 turda bir dəfə də belə rəqəmə təsadüf olunmuşdu. Bu XIII turun AZAL – “Sumqayıt” görüşündə (1:1) yaşanmışdı. Həmin oyunu da 150 izləyici seyr etmişdi.
0
0