[b]“Neftçi”dən Elşad Əhmədovla davam[/b]
29.08.2017 - 14:04
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Sumqayıt”la keçiriləcək oyunun hazırlığına dünən start verən "Neftçi” bu günün səhər məşqini başa vurub. Apasport.az-ın paytaxt təmsilçisinin saytına istinadən məlumatına görə, “ağ-qaralar” klubun bazasındakı meydançada məşq edib.
Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq. Hazırlıq prosesləri hələlik baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi altında keçir.
0
0