[b]“Neftçi”dən ilk[/b]
10.02.2017 - 11:55
[b]“Neftçi”dən ilk[/b]

“Neftçi” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk dəfə bir oyunda 3 qol vurub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Elxan Abdullayevin rəhbərliyi altındakı ilk belə məhsuldarlığını XVII turda nümayiş etdirib.

 

Paytaxt təmsilçisi “İnter”lə səfər matçında 3:1 hesabı ilə qalib gəlib. “Neftçi”nin bir çempionat qarşılaşmasında 2-dən artıq qol vurması isə ötən mövsümün sonlarında yaşanmışdı.

 

270 gün öncə də “ağ-qaralar” “İnter”in qapısını top atəşinə tutmuşdu. 2016-cı il mayın 15-dəki ev oyununda “ağ-qaralar” 4:2 hesabı ilə qələbə qazanmışdı.