[b]“Neftçi”nin 3 problemi[/b]
28.03.2016 - 11:57
[b]“Neftçi”nin 3 problemi[/b]

Topaz Premyer Liqasının XXVII turunda “İnter”in qonağı olacaq “Neftçi” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, ayın 23-də istirahətdən qayıdan “ağ-qaralar” həmin gün 1 məşqlə kifayətləndikləri halda, 24-dən etibarən gündə 2 dəfə bir araya gəlirlər.

 

“Bankirlər”lə oyunöncəsi “Neftçi”nin heyətlə bağlı problemləri var. Belə ki, komandanın əsas heyət üzvləri – Elşən Abdullayev və Fəhmin Muradbəyli bu görüşü buraxacaqlar. Hər iki futbolçu ötən tur “Kəpəz”lə qarşılaşmada sarı vərəqə limitini doldurduqları üçün “İnter”lə matçda komandalarına kömək edə bilməyəcək.

 

Əvəzedici heyətdən əsas komandaya cəlb edilən Kamran Nəcəfzadə isə zədədən əziyyət çəkir. Onun da səfər qarşılaşmasında forma geyinməyəcəyi dəqiqdi. Əvəzində sağ cinah müdafiəçisi Məqsəd İsayev zədəsini tamamilə sağaldıb. Sıraya dönən 21 yaşlı futbolçu məşqlərdə iştirak edir. Məqsədin meydana çıxıb-çıxmayacağına məşqçilər korpusu qərar verəcək.    

 

Qeyd edək ki, martın 30-da keçiriləcək “İnter” – “Neftçi” oyunu saat 18:00-da start götürəcək.