[b]“Neftçi”nin 5 futbolçusu milliyə çağırıldı[/b]
20.12.2016 - 17:44
[b]“Neftçi”nin 5 futbolçusu milliyə çağırıldı[/b]

“Neftçi”nin 5 oyunçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar İbrahim Əliyev, Pilağa Mehdiyev, Kamran İbrahimov, Rəhman Daşdəmirov və Bahadur Həziyevdi.

 

Adıçəkilən oyunçular dekabrın 22-dən 30-dək və yanvarın 2-dən 7-dək Bakıda baş tutacaq təlim-məşq toplanışında, eyni zamanda gələn ayın 7-dən 23-dək Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan millisi Valentin Qranatkinin xatirə turnirində Litva, Slovakiya və Qazaxıstanla eyni qrupda mübarizə aparacaq.