“Neftçi” klubunun evdəki uğursuz seriyası Avropa Liqasının II təsnifat mərhələsində də davam edib. Apasport.az saytının məlumatına görə, “Şkendiya” (Makedoniya) ilə qolsuz heç-heçə edən “ağ-qaralar” artıq 12 avrokubok matçında öz meydanında qalib gəlmir.
Sonuncu dəfə 2012-ci il iyulun 17-də Gürcüstan “Zestafoni”sini 3:0 hesabı ilə məğlub edən bakılılar 2 gündən sonra bu uğurun 4 illiyini qeyd edəcək. Ən yaxşı halda, 2 həftədən sonra seriyanı qıracaq “Neftçi”nin bir Olimpiya tsiklinə bərabər zaman kəsiyini arxada qoyacağı qaçılmazdı.
1459 günə çatan həsrət ən yaxşı halda iyulun 28-də bitəcək. Bu da “Şkendiya” səddinin keçilib, növbəti matçı evdə oynayacağı halda. Paytaxt təmsilçisini bunu gerçəkləşdirsə, seriyası 1472 gündə bitəcək.
“Ağ-qaralar” bu qara zolaqda 7 heç-heçə edib və 5 dəfə uduzub ki, qarşılaşmalardan da 6-sı 8-ci km stadionuna təsadüf edib. Bu arenadakı beynəlxalq matçlarda qələbə qazanmayan “Neftçi” “Skenderbeu” (0:0), “Koper” (1:2), “Çixura” (0:0), “Mladost” (2:2), “Baltsan” (1:2) və “Şkendiya” (0:0) ilə görüşlərdə aciz qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA