[b]“Neftçi”nin bəxş etdiyi xoşbəxtlik[/b]
17.12.2016 - 18:24
[b]“Neftçi”nin bəxş etdiyi xoşbəxtlik[/b]

Topaz Premyer Liqasının XIV turunda “Neftçi” ilə qarşılaşan AZAL minimalhesablı qələbəyə sevinib. Apasport.az saytının məlumatına görə, bu, “təyyarəçilər”in bu mövsüm əldə etdikləri ilk 3 xaldır.

 

Mövsüm başlayandan bəri qələbə sevincinə həsrət qalan Tərlan Əhmədovun yetirmələri nəhayət tilsimi qıra biliblər.

 

Qeyd edək ki, geridə qalan 13 oyunda 5 dəfə xalları rəqibi ilə yar bölən şüvəlanlılar 8 oyunda isə meydanı boynubükük tərk ediblər.