[b]“Neftçi”nin futbolçusu milliyə çağırıldı[/b]
26.05.2017 - 10:45
[b]“Neftçi”nin futbolçusu milliyə çağırıldı[/b]

Sent-Kitts və Nevislə yoldaşlıq görüşü, ardınca isə Moldova ilə DÇ-2018-in seçmə mərhələsi oyununa çıxacaq Gürcüstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vladimir Vayss Azərbaycan klubunda çıxış edən futbolçuya da dəvət göndərib.

 

Belə ki, slovakiyalı mütəxəssis “Neftçi”nin müdafiəçisi Georgi Navalovskini də milliyə çağırıb.

 

Vayssın açıqladığı siyahıda “Qəbələ”dən ayrılıb, Qazaxıstanın “Tobol” klubuna keçən Nika Kvekveskirinin də adı var.

 

Qeyd edək ki, Sent-Kitts və Nevislə iyunun 7-də üz-üzə gələcək gürcülər Moldova ilə ayın 11-də qarşılaşacaqlar.