[b]“Neftçi”nin futbolçusu sıradan çıxdı[/b]
03.02.2017 - 18:15
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, o, Premyer Liqanın XVI turunda “Qəbələ” ilə keçirilən matçda zədələnib.
Belə ki, ilk hissənin sonlarında xəsarət alan Cavid fasilədə əvəzlənmək məcburiyyətində qalıb. Baş məşqçi Elxan Abdullayev onun əvəzinə Fəhmin Muradbəylini meydana buraxıb.
Futbolçunun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan “Qəbələ” – “Neftçi” matçında hələ ki, hesab açılmayıb.
0
0