[b]“Neftçi”nin futbolçusu hazırlığa Ukrayna klubunda başlayıb[/b]
01.07.2017 - 12:35
[b]“Neftçi”nin futbolçusu hazırlığa Ukrayna klubunda başlayıb[/b]

Bakının “Neftçi” klubunun futbolçusu Kiril Petrov yeni mövsümə hazırlığa Ukraynada start verib. Apasport.az saytının məlumatına görə, ukraynalı futbolçu yaydakı ilk məşqlərini “Kolos” klubunun düşərgəsində gerçəkləşdirib.

 

Kovalyov təmsilçisinin hazırlıqlarına qatılan Petrov "Neftçi"yə qoşuıamadək öz xahişi ilə bu komanda ilə məşq edib. Bunu “Kolos”un baş məşqçisi Ruslan Kostışin açıqlayıb: “Petrov özü bizimlə məşq etməsini xahiş edib. Onun Azərbaycanda müqaviləsi var”.

 

Qeyd edək ki, artıq "Neftçi"yə qoşulan Kiril yeni mövsümə komandası ilə birgə hazırlaşır.