[b]“Neftçi”nin hazırlıq planı bəlli oldu[/b]
12.06.2016 - 15:34
[b]“Neftçi”nin hazırlıq planı bəlli oldu[/b]

Topaz Premyer Liqasında ötən mövsümü 6-cı sırada başa vuran “Neftçi” fasiləyə son qoyub. Apasport.az saytının məlumatına görə, iyunun 10-11-də tibbi müayinədən keçən komanda bu gün məşqlərə start verib.

 

Futbolçular iyun ayının 14-dək klubun bazasında məşq edəcəklər. Komanda üzvləri ayın 14-dən 15-ə keçən gecə təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar.

 

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsindəki oyunlarını iyunun 30-da və iyulun 7-də keçirəcək. Püşkatma mərasimi iyunun 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq.

 

(klubun rəsmi feysbuk səhifəsi)