[b]“Neftçi”nin ilk oyununun başlama saatı açıqlandı[/b]
21.06.2016 - 14:55
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Baltsan” – “Neftçi” matçının başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 30-da Maltada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da (yerli vaxtla 18:00) start götürəcək.
“Baltsan” “ağ-qaralar”ı “Hibernians” stadionunda qəbul edəcək.
Qeyd edək ki, “Neftçi” və “Baltsan” arasında Bakıda baş tutacaq cavab matçı isə iyulun 7-də keçiriləcək.
0
0