[b]“Neftçi”nin oyununa nə qədər bilet satılıb?[/b]
14.07.2016 - 11:59
[b]“Neftçi”nin oyununa nə qədər bilet satılıb?[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi”nin “Şkendiya”ya qarşı keçirəcəyi görüşə maraq böyük deyil. Klubdan apasport.az saytına verilən məlumata görə, bu gün keçiriləcək görüşə hələ ki, 4200 bilet satılıb.

 

Bu isə o deməkdi ki, 11 min tamaşaçı tutumu olan 8-ci km stadionunun azarkeşlərlə tam dolacağı gözlənilmir. Bilet satışı qarşılaşmanın startına qədər davam edəcək.

 

Qeyd edək ki, “Neftçi” – “Şkendiya” matçı saat 20:00-da start götürəcək.