[b]“Neftçi”nin rəqibi darmadağın oldu[/b]
22.06.2016 - 10:37
[b]“Neftçi”nin rəqibi darmadağın oldu[/b]

“Neftçi”nin Avropa Liqasındakı rəqibi “Baltsan” yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Malta təmsilçisi Kipr klubu AEK-lə üz-üzə gəlib.

 

Görüş kiprlilərin böyük üstünlüyü şəraitində keçib. Hər hissədə rəqib qapısından 2 top keçirən Larnaka klubu 4:0 hesablı qələbəyə sevinib.

 

“Baltsan” matça bu heyətlə çıxıb: İvan Yanyuseviç, Lidon Mikallef, Navevski, Dilan Qrima, Stiv Bezzina, Kliv Brinkat, Alfred Effionq, Anderson, Valero Serrano, Oliveyra, Boyan Kalyeviç.

 

Qeyd edək ki, “Neftçi” “Baltsan”la ilk oyununu iyunun 30-da səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.