[b]“Neftçi”yə qələbə vəd etməyən təyinat[/b]
03.02.2017 - 11:43
[b]“Neftçi”yə qələbə vəd etməyən təyinat[/b]

Premyer Liqanın XVI turunun “Qəbələ” – “Neftçi” oyununun baş hakimi Fariz Yusifov mövsümdə 8-ci çempionat matçını idarə edəcək. Apasport.az saytının məlumatına görə, sabiq FİFA referisi bunadək 7 dəfə Premyer Liqa qarşılaşmasında fit çalıb.

 

Bu görüşlərdə qonaq tərəf qələbə nə olduğunu bilmir. “Neftçi” lehinə olmayan bu tendensiyanı qırmağa çalışacaq. Yusifovun baş hakim olduğu qarşılaşmalarda meydan sahibləri 4 qələbə qazanıb, 3 heç-heçə edib. 12 qol qeydə alan referi top fərqində də ev sahiblərinin üstünlüyünə şahid olub – 9:3.

 

33 sarı vərəqə verən Yusifov səfərdə oynayanlara qarşı cüzi sərt olub – 16:17. Qırmızı vərəqədən yararlanmayan referi hər tərəfə bir penalti təyin edib.

 

O, həm “Neftçi”, həm “Qəbələ”nin bir çempionat oyununun baş hakimi olub. Sonuncuların “Kəpəz”lə ev oyununda fit çalan referi qərblilərə 3, qəbələlilərə 1 sarı vərəqə göstərib. Bakıdakı görüşdə “qırmızı-qaralar” 2 cavabsız qola sevinib.

 

“Neftçi”nin “İnter”lə səfər oyununda isə hakim yalnız meydan sahiblərinə vərəqə göstərib. Yusifov 3 sarı vərəqədən başqa penalti ilə də “İnter”i cəzalandırıb. Amma “Neftçi” həmin səfərdən xalsız dönüb – 1:2.