[b]“Neftçilər ölməsin, Xəzər “morq”a dönməsin”[/b]
17.12.2016 - 16:38
Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Neftçi” – AZAL matçında maraqlı an baş verib. Apasport.az saytının məlumatına görə, hazırda davam edən qarşılaşmada “ağ-qaralar”ın azarkeşləri həftəiçi baş verən qəzada dünyasını dəyişmiş neftçiləri yad ediblər.
Onlar “Neftçilər ölməsin, Xəzər “morq”a dönməsin” şüarını səsləndiriblər.
Qeyd edək ki, ilk hissəsi gedən matçda hələ ki, hesab açılmayıb.
0
0