[b]“Nürnberq”in müdafiəçisi “Qəbələ”də![/b]
07.07.2017 - 16:41
[b]“Nürnberq”in müdafiəçisi “Qəbələ”də![/b]

“Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” "Nürnberq"in müdafiəçisi Deyv Bultuisi heyətə cəlb ediblər.

 

Daha öncədən İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famussa Kone ilə anlaşan Roman Qroqirçukun komandası Bultuisi də rəsmən transfer edib. 27 yaşlı müdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

 

1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub.

 

2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.