[b]“O epizoddan sonra komanda “sındı” - Əsgər Abdullayev [/b]
27.02.2016 - 17:14
[b]“O epizoddan sonra komanda “sındı” - Əsgər Abdullayev [/b]

“Oyuna pis başlamadıq, üstünlük bizim tərəfimizdə idi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.

 

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Zirə”nin qonağı olan paytaxt təmsilçisi meydançanı 0:3 hesablı məğlubiyyətlə tərk edib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abdullayev fikirlərini bu cür bildirib: “Bir dəqiqədə oyun tam dəyişdi. Heç vaxt hakimləri müzakirə etməmişik. Amma şəxsi fikrimə gəlincə, orda qırmızı vərəqəlik heç nə yox idi. Futbolçu rəqibin cərimə meydanında yıxılmayıb. Bilmirəm, hakim nə düşündü. Amma o epizoddan sonra komanda “sındı”.