[b]“O sübut edir ki, əsas heyətə layiqdi” – Vaqif Cavadov[/b]
12.04.2018 - 19:33
[b]“O sübut edir ki, əsas heyətə layiqdi” – Vaqif Cavadov[/b]

“Keşlə”nin hücumçusu Vaqif Cavadov “Suqmayıt”la ölkə kubokunun yarımfinal ilk matçından sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Əvvəlcə oyun haqqında fikirlərinizi bildirin…

- Hər iki komanda layiqli mübarizə apardı. 90 dəqiqə yaxşı mübarizə apardıq. Komandanı təbrik edirəm. Uşaqlar 100 faiz bu oyuna hazırlaşmışdı. Bildiyiniz kimi, çempionatda vəziyyətimiz pisdi. Ona görə də ümidimiz kubokadı. Ancaq hər şey ilk oyundan bəlli olmur. Cavab görüşünə də ciddi hazırlaşmalıyıq. “Barselona”, “Real” kimi komandalar çətinlik çəkirlərsə, deməli ciddi olmaq lazımdı. İkinci matçı gözləyirik.

 

- Sanki hesab 0:0 olanda da komanda razı idi?

- Bu mərhələ 2 oyundan asılıdır. Meydana qələbə üçün çıxmışdıq. Qolsuz heç-heçə də pis nəticə olmazdı. Səfərdə qol vurmağımız ikiyə bərabər olacaqdı. Hər iki görüşə ciddi yanaşmalıyıq. Sumqayıta da qələbə üçün gedirik.

 

- Finalda kimlə qarşılaşmaq istəyərsiz?

- Onu fikirləşmirik. Axı finala çıxmamışıq. Bütün rəqiblər güclüdür. Biz ikinci oyunu düşünməliyik.

 

- Ebrima Sohna meydanda olan sanki bir nəfər azlıqda olursuz...

- Elə niyə olur ki? Xeyr. Sohna əsas heyət üzvüdür. Elə bir şey yoxdur. Hər oyun meydana çıxır. Meydanın mərkəzində yaxşı iş görür. Öz oyunu ilə sübut edir ki, start heyətə layiqdir.

 

- “Sumqayıt”la bir həftə ərzində daha iki dəfə oynayacaqsınız. Heyətdə rotasiya olacaq?

- Bu haqda nəsə deyə bilmərəm. Hər iki oyuna ciddi yanaşırıq. Turnir cədvəlində də irəli getmək istəyirik. Amma əsas diqqətimiz kubokadır.

 

- Finala çıxmamağınız mümkün ola bilər?

- Əlbəttə, hər şey mümkündür. Yenə deyirəm, “Real” və “Roma”nın oyunları sübut etdi ki, hər şey ola bilər. Sumqayıtdakı oyunumuz ciddi olacaq.