[b]“Ölənə qədər bu kluba bağlı olacağam” [/b]
03.03.2017 - 11:44
[b]“Ölənə qədər bu kluba bağlı olacağam” [/b]

“Barselona”nı çalışdırmaq? Bu suala cavab vermək mənasızdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli deyib.

 

Argentinalı çalışdırıcının adı “Barselona” ilə birgə hallanır. Təcrübəli mütəxəssisin yayda Kataloniya klubunun “sükanı arxası”na keçəcəyi barədə məlumatlar yayılıb.

 

Bununla bağlı İspaniya mətbuatına açıqlama verən Sampaoli məlumatı təkzib edib. O, “Sevilya”dan ayrılmaq fikrində olmadığını vurğulayıb: “Kimlər adımı “Barsa” ilə birgə hallandırırlar, başa düşmürəm. Mən ölənə qədər “Sevilya”nın idman layihəsi ilə bağlı olacağam. Klub rəhbərliyi ilə müqaviləmin müddətini uzatmaq barəsində hələ ki danışmamışıq. Amma əmin olun ki, “Sevilya”dan ayrılmaq fikrim yoxdu”.

 

Qeyd edək ki, Sampaoli ötən ildən “Sevilya”nı çalışdırır.