[b]“Onların üstün cəhətləri var ki, bunu da təhlil etmişik”[/b]
09.06.2017 - 20:35
[b]“Onların üstün cəhətləri var ki, bunu da təhlil etmişik”[/b]

“Güclü rəqiblə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin oyunçusu Cavid Hüseynov deyib.

 

DÇ-2018-in seçmə mərhələsinin seçmə mərhələsində yığmamız sabah Şimali İrlandiya ilə qarşılaşacaq.

 

Oyundan əvvəl baş tutan mətbuat konfransında qısa açıqlama verən Hüseynov qarşıdakı matçı dəyərləndirib: “Onların üstün cəhətləri var ki, bunu da təhlil etmişik. Çalışacağıq ki, doğma azarkeşlərimiz önündə uğur qazanaq. Bununla yanaşı, gözəl futbol nümayiş etdirməyi arzulayırıq”.

 

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı sabah saat 20:00-da start götürəcək.