[b]“Onu hündürboy, yaraşıqlı və sarısaç olduğu üçün almamışıq”[/b]
08.02.2017 - 11:44
[b]“Onu hündürboy, yaraşıqlı və sarısaç olduğu üçün almamışıq”[/b]

“Sillessen “Atletiko” ilə matçda əla oynadı. Xüsusilə, oyunun əvvəlində inamlı təsir bağışladı”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Barselona”nın baş məşqçisi Luis Enrikeyə məxsusdu.

 

Kataloniya təmsilçisi İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Atletiko”dan güclü olaraq, finala adlayıb.

 

Madridlilərlə cavab matçından sonra Enrike yerli mətbuata açıqlama verərək, Yasper Sillesseni tərifləyib. O, hollandiyalı qolkiperi vaxtilə boş yerə transfer etmədiklərini bildirib: “Biz Yasperi hündürboy, yaraşıqlı və sarısaç olduğu üçün almamışıq. Sillesseni qapıda yaxşı durduğu üçün komandaya cəlb etmişik”.

 

Qeyd edək ki, 27 yaşlı qolkiper “Barselona”ya ötən il “Ayaks”dan transfer olunub.