PSJ-nin yeni baş məşqçisi Unai Emeri komandanın hücumçusu Edinson Kavani haqda müsbət fikirlər səsləndirib. Apasport.az saytı xəbər verir ki, ispaniyalı çalışdırıcı Kavanini Paris klubundan ayrılan Zlatan İbrahimoviçlə müqayisə edib.
Fransa mətbuatına danışan Emeri bildirib ki, Kavani “İbra”nın yoxluğunu unutduracaq gücdədi: “Kavaniyə özünəinam lazımdı. O, İbrahimoviçin ən yaxşı əvəzləyicisidi. Kavani ilə rəqabət aparacaq gücdə futbolçu tapmaq çətindi. Yeni forvard alsaq da, onunla rəqabət apara bilməz”.
Qeyd edək ki, karyerası ərzində “Palermo” və “Napoli” kimi klubların da formasını geyinmiş Kavani 2013-cü ildən PSJ-də çıxış edir.