[b]“Övladlarıma onun adını çəkməyi qadağan etmişəm” - milli üzvü[/b]
17.12.2016 - 12:00
[b]“Övladlarıma onun adını çəkməyi qadağan etmişəm” - milli üzvü[/b]

Fransa millisinin yarımmüdafiəçisi Dimitri Paye maraqlı açıqlama verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Vest Hem”in futbolçusu hələ də Avropa çempionatının finalında Portuqaliyaya məğlubiyyəti həzm edə bilmir.

 

Məhz bu üzdən də Paye övladlarına Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun adını söyləməyi qadağan etdiyini bildirib: “Övladlarım var və onların xəyallarındakı qəhrəmanları başa düşürəm. Amma mən evdə olanda Ronaldonun adını çəkməyi onlara qadağan etmişəm. Onların bir neçə futbolçuya pərəstiş etdiklərini görürəm. Xüsusən də, Ronaldo və Lionel Messini çox sevirlər. Evdə azarkeşlik etdikləri futbolçuların meydandakı hərəkətlərini və qol sevinclərini təkrarlayırlar”.

 

Qeyd edək ki, Dimitri Paye 2010-cu ildən dəvət aldığı Fransa yığmasının heyətində 32 oyun keçirib.