“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” iştirak ərizəsini UEFA-ya göndərib. Apasport.az saytının məlumatına görə, Afina təmsilçisi “Qəbələ” ilə matçlar üçün 26 oyunçunun adını sifariş edib.
Baş məşqçi Marinos Ozunidisin A və B siyahısında ümumilikdə 3 qapıçı, 7 müdafiəçi, 13 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Qapıçı: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos
Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 25. Rasmus Telander, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali
Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 11. Brayan Kabezas, 17. Robin Lod, 18. Lusiano, 19. Lukas Villifanez, 21. Dimitris Kurbelis, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 47. Dimitrios Emmanulidis
Hücumçular: 8. Gilyermo Molins, 20. Lautaro Rinaldo, 49. Sotiris-Pantelis Pispas
Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi