[b]“Pol uduzanda dəli olur” – Poqbanın rəqib qardaşı[/b]
15.02.2017 - 16:58
[b]“Pol uduzanda dəli olur” – Poqbanın rəqib qardaşı[/b]

“Qəribə oyun olacaq. Pol məğlubiyyətdən heç xoşlanmır”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyenn”in müdafiəçisi Florentin Poqba deyib.

 

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində sabah baş tutacaq “Mançester Yunayted” – “Sent-Etyenn” görüşü bir məqamla diqqət çəkir. Belə ki, Poqba qardaşları bu matçda rəqib qismində üz-üzə gələcəklər.

 

Bununla bağlı UEFA-nın rəsmi saytına danışan Florentin “Mançester Yunayted”dəki qardaşı Pol Poqbaya qalib gəlməyə çalışacağını söyləyib: “Məğlub olanda Polun beynində uğultular başlayır. Amma mən uduzanda bunu şəxsi məğlubiyyət saymıram. Məğlubiyyət insana yeni şeylər öyrədir. Amma Pol uduzanda dəli olur. Sabah qardaşıma qarşı oynayacam, onu dayandırmağa çalışacam. Qəribə vəziyyətdi. Amma nəticədə futbol oynayacağıq”.

 

Qeyd edək ki, Pol və Florentin Poqba qardaşları karyeraları ərzində ilk dəfə bir-birlərinə rəqib olacaqlar.