[b]“Qalatasaray” azarkeşlərinə şad xəbər[/b]
23.06.2017 - 22:33
[b]“Qalatasaray” azarkeşlərinə şad xəbər[/b]

“Qalatasaray” Mərakeş yığmasının hücumameylli yarımmüdafiəçisi Yunes Belhandanı heyətinə qatmağa çox yaxındı. Apasport.az saytının “NTV Spor”a istinadən məlumatına görə, istanbullular futbolçunu Türkiyəyə gəlməyə razı salıb.

 

Tərəflər 4 illik müqavilə ilə bağlı razılığa gəliblər. “Qalatasaray” futbolçunun klubu “Dinamo”ya (Kiyev) 8 milyon avro transfer haqqı ödəyəcək. 27 yaşlı oyunçunun özü isə İstanbul nəhəngində ilinə 3 milyon avro qazanacaq.

 

Futbolçu bazar ertəsi günü Türkiyəyə gələcək və tibbi yoxlanışdan keçəndən sonra müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Mərakeş yığmasında 32 oyuna 3 qol vuran Belhanda son mövsümü Fransanın “Nitsa” klubunda icarədə keçirib. Daha öncə “Şalke”yə də icarəyə verilən futbolçu “Dinamo”ya qədər də “Monpelye”də top qovub.