[b]“Qalatasaray” belçikalı futbolçunu qovdu[/b]
09.07.2017 - 17:21
[b]“Qalatasaray” belçikalı futbolçunu qovdu[/b]

“Qalatasaray” Luis Kavandanı təlim-məşq toplanışından qovub. Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

 

Bildirilib ki, belçikalı futbolçu Slovakiyadakı toplanışda ümumi qaydalara tabe olmadığı və intizamsız davranışları səbəbindən İstanbula göndərilib.

 

Qeyd edək ki, karyerası ərzində “Latsio” və “Torino” kimi klublarda oynamış Kavanda “Qalatasaray”a “Trazonspor”dan transfer olmuşdu. O, Belçika milli komandasının da formasını geyinib.