[b]“Qalatasaray” Mustafa Dənizliyə əvəzləyici tapdı[/b]
29.02.2016 - 14:02
[b]“Qalatasaray” Mustafa Dənizliyə əvəzləyici tapdı[/b]

“Qalatasaray” rəhbərliyi istefa verəcəyi gözlənilən Mustafa Dənizlinin əvəzinə yeni baş məşqçi axtarışına çıxıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu postu tutmağa bir nömrəli namizəd Okan Burukdu.

 

“Sarı-qırmızılılar”ın A planı məhz Burukun komandaya gətirilməsindən ibarətdi. Rəhbərlik 42 yaşlı çalışdırıcı ilə danışıqlara start verib. İstanbul klubu cari mövsümün əvvəlində “Sivasspor”un baş məşqçisi olmuş Burukun nə olursa-olsun, razılığını almaq niyyətindədi.

 

B planı isə ondan ibarətdi ki, Okan Buruk “yox” cavabı versə, komandaya mövsümün sonuna qədər Klaudio Taffarel başçılıq edəcək.

 

Qeyd edək ki, Türkiyə Superliqasının XXIII turunda “Qaziantepspor”a 0:2 hesablı məğlubiyyətdən sonra Mustafa Dənizli istefa verəcəyinə işarə edib. Onun bu gün postundan rəsmən uzaqlaşacağı gözlənilir.