[b]“Qalatasaray” Samuel Etonu istəyir[/b]
03.06.2016 - 09:46
[b]“Qalatasaray” Samuel Etonu istəyir[/b]

“Transfer bazarı”nda hələlik səssiz olan “Qalatasaray” heyətini gücləndirmək üçün hərəkətə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” “Antalyaspor”un hücumçusu Samuel Etoya “elçi düşüb”.

 

Antalya klubu ilə möhtəşəm mövsüm keçirən kamerunlu ulduz futbolçu komandasını dəyişmək fikrinə düşüb. Buna səbəb onu “Antalyaspor”a gətirən prezident Gültekin Gencerin vəzifəsindən ayrılmaq qərarına gəlməsidi.

 

Gencerin hətta “Qalatasaray”lı həmkarı Dursun Özbəklə Eto məsələsini müzakirə etmək üçün görüşdüyü də bildirilir. 35 yaşlı futbolçunun meneceri Mətin Qorxmaz da görüşdə iştirak edib və qarşı tərəfin təklifinə “yox” cavabı verməyib. Yeni prezident seçkiləri zamanı namizədliyini irəli sürməyəcək Gültekin Gencer bu transferdə “Qalatasaray”a güzəşt edəcəklərinə söz verib.

 

Qeyd edək ki, Samuel Eto ötən mövsüm “Antalyaspor”un heyətində Superliqada 31 oyun keçirib, aktivinə 20 qol, 6 məhsuldar ötürmə yazdırıb.