[b]“Qalatasaray”da futbolçu-məşqçi problemi: Məsələni aramızda həll etdik[/b]
23.11.2016 - 16:20
[b]“Qalatasaray”da futbolçu-məşqçi problemi: Məsələni aramızda həll etdik[/b]

“6 ildi “Qalatasaray”dayam. Heç vaxt klub prezidentinə, məşqçiyə və komanda yoldaşlarıma hörmətsizlik etmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın futbolçusu Səlçuk İnan deyib.

 

Mətbuat konfransı keçirən təcrübəli yarımmüdafiəçi “Qalatasaray”ın köməkçi məşqçisi Ayhan Akmanla arasında baş verən qalmaqala aydınlıq gətirib.

 

O bildirib ki, sabiq komanda yoldaşı ilə arasındakı məsələni həll edib: “Fənərbaxça”ya məğlubiyyəti unutmalıyıq. Qarşıda “Bursaspor” matçı var. İnşallah, bu görüşdən 3 xalla ayrılacağıq. Bu komanda 5 ildə 10 kubok qazandı. Heç vaxt “Qalatasaray”ın futbolçusu öz komanda yoldaşını satmadı və satmayacaq da. İstənilən komandada eniş-yüksəliş olur. “Fənərbaxça” ilə görüşdə oynamağı çox istəyirdim. Amma kənarda qalmağımı problemə çevirmədim. Komanda yoldaşlarımın yanında oldum. Oyuna sonradan qoşulmağa da hazır idim, amma baş məşqçimiz şans vermədi. Sadəcə, Ayhan Akmana yaxınlaşıb, “kaş ki, məni oyuna buraxaydınız” cümləsini dedim. Duyğusal reaksiya idi. Ayhan Akman sabiq komanda yoldaşımdı. Daha sonra içəridə şəxsi söhbətimiz oldu. Məsələni aramızda həll etdik. Biz “Qalatasaray” tərbiyəsi almışıq. Milliyə çağırılmadığım dönəmdə heç nə danışmadım. Çağırıldım, yenidən yığmaya xidmət etdim. Heç kimə qarşı kinli deyiləm”.

 

Qeyd edək ki, Səlçuk İnan 2011-ci ildən “Qalatasaray”ın formasını geyinir.