[b]“Qalatasaray”dan ayrılan oyunçu rəsmən təqdim olundu[/b]
04.07.2017 - 00:17
Yaponiyanın “Vissel Kobe” klubu Lukaş Podolskinin transferini rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, tərəflər arasında razılıq çoxdan əldə edilsə də, Poldi bu gün klubun oyunçusu kimi ictimaiyyətə təqdim olunub.
Türkiyə mətbuatında çıxan məlumatlarda 32 yaşlı oyunçunun 3.5 milyon avro qarşılığında “Qalatasaray”dan “Vissel Kobe”yə keçdiyi yazılıb.
Qeyd edək ki, Almaniya milli komandasının keçmiş oyunçusu olan Podolski “bundestim”in heyətində 130 oyunda meydana çıxıb.
0
0