[b]“Qalatasaray”dan daha 2 transfer[/b]
08.08.2016 - 17:23
[b]“Qalatasaray”dan daha 2 transfer[/b]

“Qalatasaray” mövsümlərarası fasilədə gerçəkləşdirdiyi 3-cü transferi rəsmən açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul nəhəngi Əmrah Başsan və Ərən Dərdiyokdan sonra Tolqa Ciyərci ilə də anlaşıb.

 

“Sarı-qırmızılılar” 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün klubu “Herta”ya 3 milyon avro ödəyib. Yeni komandası ilə 3 illik sazişə qol çəkən Tolqanın isə illik məvacibi 2 milyon avro təşkil edəcək. Anlaşmaya əsasən, Tolqanın meydanda olacağı qarşılaşmalarda qazanılacaq hər xala görə, futbolçu əlavə 5000 min avro mükafat alacaq.

 

Bununla kifayətlənməyən “aslan” “Trabzonspor”un sağ cinah müdafiəçisi Luis Kavandanın da keçidini rəsmiləşdirməyə çox yaxındı. Belçikalı futbolçu İstanbul təmsilçisində ilinə 850 min avro maaş almağa razılıq verib. “Trabzonspor” isə bir müddətdi komandadan uzaqlaşdırdığı 25 yaşlı oyunçunun bu transferindən 1,8 milyon avro gəlir götürəcək. Kavanda transferinin də tezliklə rəsmən açıqlanması gözlənilir.