[b]“Qalatasaray”ın istədiyi futbolçu “Lion”a keçdi[/b]
10.07.2017 - 14:43
“Qalatasaray”ın uzun müddət danışıq apardığı Kenni Tete yekun seçimini edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Ayaks”ın sağ cinah müdafiəçisi karyerasını Türkiyədə yox, Fransada davam etdirəcək.
Çünki 22 yaşlı oyunçu “Lion”la müqavilə imzalayıb. Klublar arasında razılığa görə, Fransa təmsilçisi qarşı tərəfə 3 milyon avro ödəyib. Hollandiya millisinin üzvü isə yeni komandası ilə 5 illik sazişə qol çəkib.
Qeyd edək ki, Kenni Tete 2015-ci ildən Hollandiya yığmasına çağırılır.
0
0