[b]“Qalatasaray”dan ayrıldı, intihar etdi[/b]
25.03.2016 - 17:27
[b]“Qalatasaray”dan ayrıldı, intihar etdi[/b]

“Qalatasaray”ın 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq çalışdırıcısı Zafer Koç ölü halda tapılıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı məşqçinin ölüm səbəbinin intihar olduğu bildirilib.

 

Koç iki ay öncə işdən çıxarılıb. Həmin vaxtdan depressiyaya düşən iki uşaq atası ötən gün evdən çıxıb. Həyat yoldaşının qayıtmadığını görən Sürrəyya Koç ona dəfələrlə zəng etsə də, cavab verən olmayıb.

 

Səhər saatlarında isə Avcılar Dənizköşklər Məhəlləsindəki bir evdə Zafer Koçun cəsədi tapılıb. Bədənində zərbə və yara aşkar edilməyən mərhumun cənazəsi dərhal tibbi ekspertizaya göndərilib. Nəticədə Koçun intihar etdiyi müəyyənləşib.

 

Qeyd edək ki, Zafer Koç “Qalatasaray”ın aşağı yaş qruplarında hazırda “Barselona”nın formasını geyinən Arda Turan, eləcə də tanınmış futbolçular - Aydın Yılmaz, Uğur Uçar və Mehmet Güvənin məşqçisi olub. 3 il öncə “Qalatasaray” geri qayıtsa da, 2 ay əvvəl işindən uzaqlaşdırılıb.