[b]“Qarabağ” - “Zirə” matçının vaxtı açıqlandı[/b]
29.02.2016 - 12:35
[b]“Qarabağ” - “Zirə” matçının vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasının XXIV turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, həftəsonu keçiriləcək turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.

 

Tura “Xəzər Lənkəran”la AZAL arasında matçla start veriləcək. “Qarabağ”la “Zirə” arasında turun mərkəzi oyunu isə martın 5-də, saat 18:00-da keçiriləcək.

 

Topaz Premyer Liqası

XXIV tur
5 mart (şənbə)

14:00. “Xəzər Lənkəran” – AZAL

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

15:00. “Neftçi” – “Qəbələ”
8-ci km qəsəbə stadionu


17:00. “Sumqayıt” – “İnter”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 

18:00. “Qarabağ” – “Zirə”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu


6 mart (bazar)

16:00. “Rəvan” – “Kəpəz”
“Bayıl Arena”

 

Mənbə: pfl.az