[b]“Qarabağ” – “Höteborq” matçının vaxtı dəqiqləşdi[/b]
09.08.2016 - 10:26
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Höteborq” qarşılaşmasının başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 25-də keçiriləcək cavab oyunu saat 20:30-da başlayacaq.
Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında ilk oyun avqustun 18-də keçiriləcək. Höteborqun “Qamla Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
0
0