[b]“Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdirildi[/b]
25.02.2017 - 16:33
Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “İnter” görüşünün başlanma saatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, fevralın 28-də reallaşacaq görüş 18:00-da start götürəcək.
Öncədən matçın 17:30-da başlaması nəzərdə tutulmuşdu.
Qeyd edək ki, matç Suraxanıdakı “Azərsun Arena”da keçiriləcək.
0
0