[b]“Qarabağ” – “Qəbələ” matçına neçə bilet satılıb?[/b]
05.05.2017 - 10:54
[b]“Qarabağ” – “Qəbələ” matçına neçə bilet satılıb?[/b]

Azərbaycan kubokunun bu gün baş tutacaq final matçında “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmaya nə qədər biletin satıldığı məlum olub.

 

Naxçıvan şəhər stadionunda baş tutacaq matçda anşlaq olacağı gözlənilir. İndiyə qədər 9 min bilet satılıb. Matç başlayana qədər satılan biletlərin sayının artacağı ehtimal edilir.

 

Qeyd edək ki, Naxçıvan şəhər stadionu 13800 tamaşaçı tutumuna malikdi.