[b]“Qarabağ” – “Qəbələ” matçının hakimi bəlli oldu[/b]
07.04.2017 - 18:12
[b]“Qarabağ” – “Qəbələ” matçının hakimi bəlli oldu[/b]

Azərbaycan Premyer Liqasında XXV turun təyinatları açıqlanıb. Apasport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, turun görüşləri iki günü əhatə edəcək. 

 

Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” – “Qəbələ” oyunu Fariz Yusifova tapşırılıb. Onunla yanaşı, hesabat turunda baş hakim kimi Elvin Əsgərov, Ramil Diniyev və Rauf Cabbarov da təyinat alıblar.

 


9 aprel (bazar)

16:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu

20:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu (CBC Sport / canlı)



10 aprel (bazar ertəsi)

15:00. “Zirə” – “İnter”
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu (CBC Sport / canlı)

17:30. AZAL – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena” (CBC Sport / canlı)