Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Moldova “Şerif”ini qəbul edəcək “Qarabağ” ev matçına uğurlu seriya ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi öz meydanında keçirdiyi görüşləri qolsuz tərk etmir.
Qurban Qurbanovun yetirmələri son 7 görüşdə rəqib qapısına yol tapıb. Doğma azarkeşlər önündə sonuncu qolsuz matç 2015/16 mövsümünə təsadüf edib.
Həmin vaxt qrup mərhələsinin “Tottenhem”lə son ev oyunu qonaqlara 1:0 hesablı qələbə qazandırıb. Bundan sonrakı 7 qarşılaşmada isə qonaqlar quru oyuna həsrət qalıb.
Ötən mövsümün 6 görüşündə 11 dəfə fərqlənən “Qarabağ” bu il “Samtredia”nı 5 qola qonaq edib. 7 görüşdəki 16 topdan 8-i Çempionlar Liqası, 8-i Avropa Liqasında vurulub. 7 oyundan 3-ü qitənin ən nüfuzlu klub turnirində baş tutub.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi