Azərbaycan çempionu "Qarabağ" bu gündən etibarən 2016/2017 mövsümünün hazırlıqlarına start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi günorta saatlarında Bakı-İstanbul- Münhen reysi ilə Avstriyaya yola düşüb.
Komandanın axşam saatlarında orda məskunlaşacağı gözlənilir. “Qarabağ” son iki ildə olduğu kimi, Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.
"Qarabağ" Avstriya toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarından ikisinin keçirilmə tarixi məlumdu. Qurban Qurbanovun yetirmələri iyunun 25-də yerli "Vakker" klubu, iyunun 28-də isə dördqat Rusiya çempionu "Zenit"lə qarşılaşacaq.