[b]“Qarabağ” başladı, yeni transferin gəliş tarixi bəlli oldu[/b]
05.07.2017 - 21:15
Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” bu gün klubun bazasında bir araya gəlib. Apasport.az saytının məlumatına görə, bir günlük istirahətin ardından futbolçular bu gündən etibarən Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Samtredia”yla (Gürcüstan) matçının hazırlıqlarına start verib.
Ağdamlıların yeni transferi Yakub Jezniçakın paytaxtımıza gələcəyi tarix də dəqiqləşib. Polşalı müdafiəçi bu gecə 00:35-də Bakıda olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçı iyulun 11-i saat 21:00-da start götürəcək və Respublika stadionunda keçiriləcək.
0
0