[b]“Qarabağ” Çexiyada dəstəksiz qalmayacaq[/b]
24.11.2016 - 21:28
[b]“Qarabağ” Çexiyada dəstəksiz qalmayacaq[/b]

Avropa Liqasının V turunda “Slovan”ın qonağı olacaq “Qarabağ” Çexiyada dəstəksiz qalmayacaq. Apasport.az saytının Liberetsə ezam olunmuş əməkdaşının məlumatına görə, Ağdam təmsilçisini bir neçə fanat da qələbəyə həvəsləndirəcək.

 

Belə ki, “İmarət Avropa” fan-klubunun bir neçə üzvü “U Nisi” stadionunda öz yerini tutub.

 

Ümumiyyətlə, matçın startına bir neçə dəqiqə vaxt qalmasına baxmayaraq, arenada barmaqla sayılacaq qədər azarkeş var.

 

Qeyd edək ki, “Slovan” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.