Avstriyada hazırlıqları bitirib vətənə dönən “Qarabağ” hazırlıqlarını Bakıda davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar məşqlərlə yanaşı hazırlıq oyunlarına da davam edəcək.
Belə ki, Qurban Qurbanov komandasını Çempionalar Liqasının II təsnifat turu çərçivəsində “Düdelanj”la oyunundan əvvəl daha bir sınaq matçında yoxlamaq istəyir.
Ölkə çempionunun budəfəki rəqibi yerli klub olacaq. “Köhlən atlar” vitse-çempion “Zirə” ilə qarşılaşacaqlar.
Yoxlama oyunu iyulun 5-də baş tutacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.