[b]“Qarabağ” dincəlir[/b]
09.11.2016 - 00:01
[b]“Qarabağ” dincəlir[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komandaların oyunları ilə əlaqədar olaraq Premyer Liqada verilmiş fasilədən yararlanan “Qarabağ” oyunçularını istirahətə buraxıb. Apasport.az saytının məlumatına görə, XI turun “Zirə” ilə oyunundan sonra istirahətə çəkilən komanda üzvləri sabah yenidən bir araya gələcəklər.

 

Noyabrın 10-dan etibarən XII turun “Kəpəz”lə oyunun hazırlıqlarına start veriləcək.