[b]“Qarabağ” ilk turda qonaq qismində[/b]
04.08.2016 - 13:00
Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün I turunda baş tutacaq "Qarabağ" – "İnter" matçının proqramında dəyişiklik olub. Apasport.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün "İnter"lə oyun səfərdə - "İnter Arena"da baş tutacaq.
Qarşılaşma avqustun 7-də keçiriləcək.
0
0