“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia” ilə oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, iştirak ərizəsinə 24 futbolçu cəlb edilib.
Komandanın son anda heyətinə cəlb etdiyi Yakub Jezniçak və Vild-Donald Geryenin də adı siyahıda yer alıb. Ümumiyyətlə, Azərbaycan çempionunun heyətində 4 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu var.

Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç, 94. Məmməd Hüseynov
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Migel Madera, 17. Donald-Donald Gerye, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov.
Qeyd edək ki, "Qarabağ"la "Samtredia" arasındakı ilk oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.