[b]“Qarabağ” qapıçısı “İnter Arena”ya “99”la gedir[/b]
14.04.2017 - 15:25
[b]“Qarabağ” qapıçısı “İnter Arena”ya “99”la gedir[/b]

Azərbaycan Premyer Liqasının XXVI turu “Qarabağ”da yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin qapıçısı İbrahim Şehiç meydana çıxsa, çempionatda 100-cü oyununu keçirəcək.

 

Bu hadisə “İnter”lə səfər matçına təsadüf edəcək. İbrahim “İnter Arena”da çempionluq baxımından önəmli görüşdə iştirak etsə, yubiley sevinci yaşayacaq.

 

2013/14 mövsümündən “Qarabağ”ın formasını geyinən bosniya və herseqovinalı 4 çempionat ərzində 99 matça çıxıb. O, bu görüşlərdə 61 qol buraxıb. Azərbaycanda yalnız bir klubda çıxış edən əcnəbi çempionatdakı bütün oyunlarında da Ağdam təmsilçisinin şərəfini qoruyub.

 

Əvvəlki 3 mövsümün hamısında çempionluğa sevinən legioner 4-cü qızılının astanasındadı.

 

Qeyd edək ki, Şehiçin çempionatda debüt oyunu 2013-cü il noyabrın 24-nə təsadüf edib. Həmin gün “Rəvan”la ev matçında qolsuz heç-heçə qeydə alınıb.

 

mövsüm

klub

oyun

qol

2013/14

Qarabağ

22

-12

2014/15

Qarabağ

28

-23

2015/16

Qarabağ

32

-18

2016/17

Qarabağ

17

-8

Cəmi

 

99

-61